13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Sürət həddini aşmağa görə cərimələr artırılır
Tarix: 05-06-2023 21:43 | Bölmə: Cəmiyyət
Sürət həddini aşmağa görə cərimələr artırılır

Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələr artırılır.

Reytıng.az
xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan qanuna görə, bu xətanın cəriməsi 250 manat məbləğindədir.

Həmçinin, layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılması təklif edilir.(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq