16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kamran Əliyev iki prokuroru təqaüdə göndərib
Tarix: 06-06-2023 18:37 | Bölmə: Cəmiyyət
Kamran Əliyev iki prokuroru təqaüdə göndərib

İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Əli Abdullayev təqaüdə çıxmaları ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə prokurorluğun hər iki veteranına uzunmüddətli səmərəli, həminin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə minnətdarlıq ifadə edilib.

Azərbaycan Baş prokuroru Kamran Əliyevin əmrləri ilə təltif olunmuş prokurorluğun hər iki veteranına “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib, birlikdə xatirə şəkli çəkilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}