13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Bakıda tanışını öldürmək istəyən gənc tutulub
Tarix: 08-06-2023 10:19 | Bölmə: Cəmiyyət
Bakıda tanışını öldürmək istəyən gənc tutulub

Bakıda 26 yaşlı gənc tanışını öldürmək istəyib.

Reyting.az
Nərimanov Rayon Prokurorluğuna istinadla xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq