13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Ermənistandakı azərbaycanlı əsirin həbs müddəti uzadılıb
Tarix: 10-06-2023 00:20 | Bölmə: Cəmiyyət
Ermənistandakı azərbaycanlı əsirin həbs müddəti uzadılıb

Yolu azaraq Ermənistan ərazisinə keçərkən saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.

Reyting.az
xəbər verir ki, yolu azaraq Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan əsgəri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında ittiham olunublar.

Axundova əlavə olaraq Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb.

Qafanda keçirilən məhkəmə prosesinə jurnalistlər buraxılmayıb.(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq