Sabah rayonlarda intensiv yağış yağacaq
Tarix: 12-06-2023 13:05 | Bölmə: Cəmiyyət
Sabah rayonlarda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyunun 13-də əsasən yağmursuz hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}