Respublika Psixiatriya Xəstəxanasının şöbə müdirinin cinayət işi məhkəməyə göndərilib
Tarix: 12-06-2023 14:43 | Bölmə: Cəmiyyət
Respublika Psixiatriya Xəstəxanasının şöbə müdirinin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanın Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, istintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}