Qarabağ zonasında daha 146 hektar ərazi minadan təmizlənib
Tarix: 12-06-2023 16:02 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 146 hektar ərazi minadan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}