Nardaranda istirahət mərkəzində xuliqanlıq edən qrup saxlanılıb
Tarix: 13-06-2023 10:31 | Bölmə: Cəmiyyət
Nardaranda istirahət mərkəzində xuliqanlıq edən qrup saxlanılıb

Nardaranda istirahət mərkəzində xuliqanlıq olub, bir qrup şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}