Ölmüş qadın dəfn edilərkən dirilib - Video
Tarix: 13-06-2023 12:33 | Bölmə: Cəmiyyət
Ölmüş qadın dəfn edilərkən dirilib

Ekvadorda öldüyü elan edilən 76 yaşlı qadın dəfn mərasimi zamanı nəfəs almağa başlayıb.

Reyting.az
xəbər verir ki, 76 yaşlı Bella Montoyanın dəfn mərasimindən çəkilərək sosial şəbəkələrdə paylaşılan görüntülər dünyada maraqla qarşılanıb.

Cümə günü qəfil xəstələnən Montoyanın 3 saat sonra aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Oğlu Gilbert Balberanın sözlərinə görə, həkimlər ona deyiblər ki, anası infarkt nəticəsində həyatını itirib.



Amma qadının dəfnində iştirak edənlər maraqlı hadisə ilə qarşılaşıblar. Dəfn evinə aparılaraq tabuta qoyulan qadının sağ olduğu üzə çıxıb.

Qadının tabutda nəfəs aldığı anlar kameraların yaddaşına da köçürülüb.

4 saat tabutda qalan qadının sağ olduğunu anlayan oğlu və yaxınları dərhal səlahiyyətlilərə məlumat veriblər.

Oğlu deyib ki, anası sol əlini tərpətməyə başlayıb, gözlərini açıb, ağzını tərpədib və nəfəs almağa çalışıb.

Dəfn evinə gələn həkimlər Montoyanı tabutdan çıxarıb və tez bir zamanda həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Qadın süni nəfəs aparatına qoşulduqda onun öldüyünü deyən həkim yoxa çıxıb.



Ekvador mətbuatına danışan tibb mütəxəssisləri bildiriblər ki, çox güman, bu vəziyyətə qadının katalepsiyası, yəni əzələlərinin sərtləşməsi və xarici stimullara reaksiya verməməsi səbəb olub.

Hadisənin baş verdiyi Martin İcaza Xəstəxanasından açıqlama verilməyib.

Qadının oğlu xəstəxananı səhlənkarlıqda ittiham edərək məhkəməyə müraciət etməyə hazırlaşır.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər