İsti gecələrdə necə rahat yatmalı? - Mütəxəssis rəyi
Tarix: 13-06-2023 21:23 | Bölmə: Cəmiyyət
İsti gecələrdə necə rahat yatmalı?

Yuxu üzrə mütəxəssis isti yay gecələrində rahat yatmaq üçün 4 optimal vəziyyət təklif edir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bu barədə ekspert Semmi Marqo məsləhətlərini verib.

Tanınmış mütəxəssis yataq otağında havanın temperaturunu müsbət 16-18 dərəcə arasında saxlamağı doğru sayır.

Xanım Marqo rahat yatmaq üçün 4 vəziyyəti tövsiyə edir:

1. Dəniz ulduzu. Arxası üstdə uzanın, əllərinizi və ayaqlarınızı kənarlara uzadın.

2. Qaşıq. Balışı dizlərinizin arasına qoyun və böyrü üstə uzanın.

3. Sərbəst eniş. Əgər siz üzü üstə yatmağı xoşlayırsınızsa, sərin dəsmalı sinənizin və qarnınızın altına sərin.

4. Ayaqlar divarda. Ayaqlarınızı qaldırıb divara dirəyin. Bu vəziyyət qan dövranını yaxşılaşdıracaq, yorğunluğu azaldacaq və sərinlik gətirəcək.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər