13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Xaçmazda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub, yaralılar var
Tarix: 14-06-2023 12:00 | Bölmə: Cəmiyyət
Xaçmazda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub, yaralılar var

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

Məlumata görə, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub.

Nəticədə 1964-cü il təvəllüdlü Xanəliyeva Gülnarə Güloğlan qızı, 2016-cı il təvəllüdlü Tağıyeva Şəlalə Əliağa qızı, 1974-cü il təvəllüdlü İmamova Vəsilə Məlikməmməd qızı və 2001-ci il təvəllüdlü Talıbov Rizvan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq