Avropanın bank sistemi yaxın 48 saata məhv edilə bilər
Tarix: 14-06-2023 17:50 | Bölmə: Cəmiyyət
Avropanın bank sistemi yaxın 48 saata məhv edilə bilər

Bir neçə haker qrupu eyni vaxtda Avropanın bank sisteminə genişmiqyaslı hücum planlaşdırır. Reyting.az xəbər verir ki, bu barədə Lente.ru məlumat yayıb.

İddia olunur ki, “Killnet”in hakerləri, “Revil”in nümayəndələri, eləcə də “Anonim Sudan”ın üzvləri Avropanın bank sistemini dağıtmaq üçün səylərini birləşdiriblər.

Qeyd edək ki, bu hücuma həsr olunmuş video da çəkilib. Videoda “Killnet”in adı açıqlanmayan sözçüsü bütün mövcud qrupları Avropa bank sisteminə qarşı dağıdıcı fəaliyyətə çağırıb.

Üzünə maska taxmış şəxs videoda deyir ki, bu, DDoS hücumu deyil, oyunlar bitdi. "Pul yoxdur - silah yoxdur - Kiyev rejimi yoxdur", - deyə hakerlərin təmsilçisi bildirib.

Adı açıqlanmayan “Killnet”in lideri Lente.ru-ya təsdiqləyib ki, artıq hücuma hazırlıq gedir və yaxın 48 saat ərzində başlaya bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər