Hakerlərin Avropaya hücumu başlayıb
Tarix: 14-06-2023 19:58 | Bölmə: Cəmiyyət
Hakerlərin Avropaya hücumu başlayıb

Rusiyayönlü “NoName” haker qrupu Hollandiya limanlarının, o cümlədən Avropanın ən böyük limanı olan Rotterdamın saytlarına hücumlar həyata keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə “RTL Nieuws” məlumat yayıb.

Məlumata görə, hakerlər Xroninqen, Amsterdam, Rotterdam və Den Helder limanlarına qarşı serverləri həddən artıq yükləmək üçün sayta çoxlu sayda sorğuların göndərilməsini nəzərdə tutan DDoS hücumları həyata keçiriblər.

Rotterdam Liman İdarəsi bildirib ki, kiberhücum Rusiya və Serbiya İP ünvanlarından həyata keçirilib, lakin saytın müvəqqəti olaraq əlçatmazlığı istisna olmaqla, başqa zərərə səbəb olmayıb.

Lakin liman daşımaları emal etmək üçün istifadə olunan sistemlər risk altında deyil, çünki onlar başqa serverlərdə işləyirlər.

NoName057(16) qrupu Telegram kanalında bildirib ki, kiberhücumlar Hollandiyanın Ukrayna üçün İsveçrə “Leopard” tankları almaq niyyətinə cavabdır.

İsveçrə Milli Kibertəhlükəsizlik Mərkəzi ölkənin dövlət saytlarına və onlayn portallarına kiberhücumların son dərəcə yüksək intensivliyini elan edib, bunun arxasında rusiyayönlü “NoName” qrupunun dayandığını bildirib.

Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya KİV-ləri yazıb ki, “Killnet”in hakerləri, “Revil”in nümayəndələri, eləcə də “Anonim Sudan”ın üzvləri Avropanın bank sistemini dağıtmaq üçün səylərini birləşdiriblər. Onlarının məqsədi yaxın 48 saat ərzində Avropanın bank sisteminə dağıdıcı zərbə vurmaqdır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər