13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 16-06-2023 11:13 | Bölmə: Cəmiyyət
Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb

Abşeronda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Reyting.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq