Kür çayından 3 nəfərin meyiti çıxarılıb - Adlar
Tarix: 17-06-2023 00:16 | Bölmə: Cəmiyyət
Kür çayından 3 nəfərin meyiti çıxarılıb

Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İyunun 16-da axşam saatlarında 3 yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onlar Neftçalanın Cəngan kənd sakinləri, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu, 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlu və 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğludur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}