Rayonlara leysan və dolu yağıb, sel keçib
Tarix: 18-06-2023 17:39 | Bölmə: Cəmiyyət
Rayonlara leysan və dolu yağıb, sel keçib

İyunun 18-i saat 16:00-a olan məlumata əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba və Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.

Məlumata görə, saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib.

Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}