Xızıda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb
Tarix: 18-06-2023 23:35 | Bölmə: Cəmiyyət
Xızıda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb

Xızıda yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-nin Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}