Kürdə suyun səviyyəsi artıb
Tarix: 19-06-2023 12:35 | Bölmə: Cəmiyyət
Kürdə suyun səviyyəsi artıb

Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm artıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkə çaylarında gursululuq dövrü davam edir. Hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb: "Qazax Gəncə bölgəsinin ərazisindən axan Zəyəmçayda suyun səviyyəsi 3, Kürəkçayda 6, Füzuli rayonu ərazisindən axan Quruçayda 31, Oğuz rayonu ərazisindən axan Əlicançayda 5, Quba rayonu ərazisindən axan Qudyalçayda isə 3 sm artım olub. Böyük Qafqazın cənub yamacından axan Türyançay, Göyçay və Dəmiraparançay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində iyunun 17-də Qarasuçayda suyun səviyyəsi 1 metr 25 sm artıb və nəticədə Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm, Surrada 76 sm, Salyanda isə 20 sm artım müşahidə olunub".

A.Verdiyev bildirib ki, yağan intensiv leysan yağışı nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrik çaydan və Goranboy rayonu ərazisindən axan Gorançaydan qısamüddətli sel keçib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər