13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb
Tarix: 20-06-2023 15:41 | Bölmə: Cəmiyyət
Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb:

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb. Araşdırma aparılır. Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur".




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq