Azərbaycan kommunistləri "Facebook"dan narazıdır - Səbəb
Tarix: 21-06-2023 10:04 | Bölmə: Cəmiyyət
Azərbaycan kommunistləri "Facebook"dan narazıdır

"Amerikan imperiyasının vəhşiliklərini ifşa edənlərə qarşı bu imperiyanın əlaltısı, qulluqçusu və ideoloji rupor rolunu oynayan "Facebook" qərəzli mövqe nümayiş etdirir, açıq mübarizə aparır və bu platforma üzərində fəaliyyətinə əngəl törədir. Postlarıma bələd olanlar yaxşı bilirlər ki, ABŞ-ın dünya xalqlarına qarşı apardığı gizli şəbəkə müharibəsinin sirlərini beynəlxalq KİV-lərə istinadla paylaşıram. Bu da "Facebook"u qane etmir".

Bunu Reyting.az-a Azərbaycan Kommunist Partiyasının rəbəri Ədalət Abdinov deyib.

Ə. Abdinovun sözlərinə görə, onunla həmrəy olan "Facebook" dostlarının “qeybə çəkilməsi”nin səbəblərini araşdırarkən məlum olub ki, onlar bu tipli postları bəyəndiyi və paylaşdığı üçün adıçəkilən sosial şəbəkə platforması tərəfindən maneələrlə üzləşirlər:

"Kuba Kommunist Partiyası, Albaniya Kommunist Partiyası, Əlcəzair Demokratiya və Sosializm Partiyası, Argentina Kommunist Partiyası, Avstraliya Kommunist Partiyası, Belçika Kommunist Partiyası, Boliviya Kommunist Partiyası, Braziliya Kommunist Partiyası, Bolqarıstan Kommunist Partiyası və Banqladeş Kommunist Partiyasındakı dostlarımızdan aldığım məlumata görə postlarımı "Facebook"da görə bilmirlər. "Facebook" statuslarım çoxsaylı dünya ölkələrində gizlədir, bu platformada fəaliyyətimə gizli məhdudiyyətlər qoyulur”.

Partiya rəhbəri bildirib ki, "Facebook"un Azərbaycan seqmentində də eyni vəziyyətdir.

Ə. Abdinovun iddiasına görə, ABŞ və kollektiv Qərbin şəbəkə müharibəsinin alətinə çevrilən "Facebook" hətta ondan xəbərsiz, onunla həmrəy olan virtual dostlarını "Facebook" dilində deyilsə, “unfriend” edir: “Dostlarımın fərqli siyasi baxışları bu sosial şəbəkənin administrasiyasında qıcıq yaradır. Antiamerikan postlarımı göstərməmək üçün "Facebook" onun öz terminolgiyası ilə desək, “hide” imkanından istifadə edir. Bütün bunlar faktdır! Belə olan təqdirdə "Facebook"un demokratiya və insan hüquqlarını qorumaq barədə bağırtıları hiylədən başqa bir şey deyil".

ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb