DİM sədri: "Hər il 15-16 % icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur"
Tarix: 21-06-2023 11:43 | Bölmə: Cəmiyyət
DİM sədri: "Hər il 15-16 % icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur"

"Dövlət qulluğuna qəbul proqramında yeni səriştə modelindən istifadəyə növbəti bir-iki il ərzində keçmək mümkün ola bilər".

Reyting.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

M.Abbaszadə əlavə edib ki, hər il 15-16 % icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur: "Onların bilik səviyyəsini də bilirik. Onlarla əlaqəli xüsusi dövlət proqramı olmalıdır ki, nəyəsə cəlb etmək mümkün olsun. Aidiyyəti dövlət qurumları ilə həmin yeniyetmələrlə işləməyə başlamışıq. Ali təhsil üçün sənəd verməyən məzunlar da əmək bazarına qoşulur. Bu say da bizə məlumdur"(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər