Ata qızını və onun sevgilisini güllələyib - Foto
Tarix: 21-06-2023 20:17 | Bölmə: Cəmiyyət
Ata qızını və onun sevgilisini güllələyib

Hindistanın Madhya Pradesh əyalətində Rajpal Sinq Tomar adlı ata qızı ilə onun sevgilisinin münasibətlərinə qarşı çıxıb və onlara münasibətdə böyük cinayətə əl atıb. Amma sözügedən ştatın hakimiyyəti baş verənləri namus qətli hesab edir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Morena rayonunun Ratanbasai kəndində gənc cütlük - 18 yaşlı Şivani Tomar və 21 yaşlı Radheşyam Tomar öldürülüb. Gənc qızın ailəsi onun Balupura kəndindən olan Radheşyam ilə eşq yaşamasına etiraz edib, çünki hər ikisi “eyni soyadı” paylaşıblar.

Lakin onların münasibətlərinə sərt etiraz etsələr də, gənc cütlüyün görüşməyə davam etməsi Şivani Tomarın ailəsini hiddətləndirib.

Polisin məlumatına görə, ailə üzvləri iyunun 3-də cütlüyün cəsədini tapıb. Rajpal Sinq Tomar gənc cütlüyü digər qohumları ilə birlikdə qaçıraraq güllələyib və daha sonra onların meyitlərini timsahlarla dolu Çəmbal çayına atıb.

Əvvəlcə gənclərin birlikdə qaçdıqları düşünülsə də, araşdırma zamanı onların kəndi tərk edərkən yerli camaatdan heç kimin görmədiyi müəyyən edilib.

Şivaninin atası Rajpal Sinqh Tomar qızı və 21 yaşlı Radheyşyamı birlikdə yaxalayıb öldürdükdən sonra cəsədləri Çambal çayına atdığını etiraf edib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər