Ukraynanın birinci xanımı: “Təhlükəsizlik səbəblərindən prezidentlə yaşamıram”
Tarix: 22-06-2023 11:37 | Bölmə: Cəmiyyət
Ukraynanın birinci xanımı: “Təhlükəsizlik səbəblərindən prezidentlə yaşamıram”

“Təhlükəsizlik səbəbi ilə həyat yoldaşım, Ukrayna prezidenti Vladimir Zelenski ilə yaşamıram”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “The Jerusalem Post”a müsahibəsində deyib.

Zelenskaya əlavə edib ki, o, “Rusiya raketlərinin bir gecədə hara düşdüyünü” öyrənmək üçün günə xəbərləri izləməklə başlayır.

O, gün ərzində ofisə baş çəkdiyini və psixi sağlamlıq proqramı, məktəb yeməklərinin keyfiyyətinin yaxşılaşdırılması, məişət zorakılığı qurbanlarına kömək kimi layihələr üzərində işlədiyini, müsahibələr verdiyini, telefon və video zənglər etdiyini bildirib.

Birinci xanım Ukrayna prezidentindən ayrı yaşadığını, öz ofisində qaldığını deyib və bildirib ki, hər gün iki övladının yanında olur: “Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşürük. Hazırda heç birimiz heç bir istirahət və ya əyləncə haqqında düşünmürük”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər