Rusiya və Belarusdan nəşriyyat məhsullarının idxalı qadağan edilir
Tarix: 22-06-2023 13:37 | Bölmə: Cəmiyyət
Rusiya və Belarusdan nəşriyyat məhsullarının idxalı qadağan edilir

Prezident Vladimir Zelenski Rusiya və Belarusdan nəşriyyat məhsullarının idxalını qadağan edən qanunu imzalayıb. Reyting.az xəbər verir ki, Ukrayna lideri bu barədə Telegram-da məlumat yayıb.

Zelenski bildirib ki, qanun Rusiya və Belarusun nəşriyyat məhsullarının idxalına və yayılmasına məhdudiyyətləri müəyyən edir.

Ukrayna prezidentinin sözlərinə görə, qanunun mətni onun bəzi normalarının azlıqların, xüsusən də linqvistik hüquqların müdafiəsi baxımından öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə biləcəyinin əlavə qiymətləndirilməsi üçün Avropa İttifaqı institutlarına göndərilib.

Qeyd edək ki, iyunun 19-da Ali Rada “Ukraynanın bəzi qanunlarına təcavüzkar dövlətə, Belarus Respublikasına müvəqqəti olaraq nəşriyyat məhsullarının idxalına və yayılmasına məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu qəbul edib. Qanunun əsas məqsədi Rusiya və Belarusdan Ukrayna ərazilərinə nəşr məhsullarının idxalını qadağan etmək, anti-Ukrayna məzmunlu nəşriyyat məhsullarının idxalı və yayılmasına məhdudiyyətləri gücləndirmək, Rusiyanın Ukrayna kitab bazarına daxildən dağıdıcı təsirinin qarşısını almaq üçündür.

Onu da qeyd edək ki, bu ilin mayında Ukrayna Prezident Pparatının portalında dövlət başçısını qanunu imzalamağa çağıran petisiya yerləşdirilib. Petisiya lazımi 25 min səs topladıqdan sonra prezidentin ona cavabı üzə çıxıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər