“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb
Tarix: 23-06-2023 10:37 | Bölmə: Cəmiyyət
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

Məlumata görə, Premyer Liqa klubunun müdafiəçi Ruan Renato ilə danışıqları nəticəsiz qalıb.

Braziliyalı oyunçu rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. 29 yaşlı arxa xətt oyunçusu daha yüksək məbləğdə maaş tələb etdiyindən, tərəflər başa çatan sözləşmənin yenilənməməsini qərara alıblar.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qəbələ” yay fasiləsində Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov və Felipe Santosla da yollarını ayırıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}