Heydər Əliyev Beynəlxalq Aeroportunda minik avtomobilləri yanıb
Tarix: 23-06-2023 22:36 | Bölmə: Cəmiyyət
Heydər Əliyev Beynəlxalq Aeroportunda minik avtomobilləri yanıb

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.

AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}