14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
DİN və DSX-dən sərhəddə birgə əməliyyat: saxlanılanlar var
Tarix: 25-06-2023 12:44 | Bölmə: Cəmiyyət
DİN və DSX-dən sərhəddə birgə əməliyyat: saxlanılanlar var

İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Reyting.az
DSX-nin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, qeyd olunan tarixdə saat 07:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}