Mərkəz rəhbəri: "10 ildir əngəllənən qanun layihəsi nəhayət ki, müzakirəyə çıxarılıb"
Tarix: 26-06-2023 09:55 | Bölmə: Cəmiyyət
Mərkəz rəhbəri: "10 ildir əngəllənən qanun layihəsi nəhayət ki, müzakirəyə çıxarılıb"

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi bildiyim qədər, qəbuluna imkan verilməyən layihələr arasında 2-ci yerdə olub. 10 il olardı ki, bu layihə ortalıqda dövr edirdi, hər il keçirilən bankçılıq forumunda gələn il qəbul ediləcəyi bildirilirdi. Artıq bu qanun layihəsi Milli Məclisin birinci oxunuşuna verilib".

Reyting.az
xəbər verir ki, bunu Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Mərkəz rəhbəri xatırladıb ki, ləngimələr sırasında birincilik hələlik Rəqabət Məcəlləsinə aiddir və bu qanunun qəbulunu 17 ildir əngəlləyirlər.

O. Gündüz əlavə edib ki, Mərkəzi Bankın yeni rəhbərliyinin adıçəkilən qanun layihəsinin gündəmə gətirməsi istiqamətində səyləri təqdirəlayiqdir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər