Medianın İnkişafı Agentliyi AzTV əməkdaşlarına hücumu pisləyir
Tarix: 29-06-2023 20:29 | Bölmə: Cəmiyyət
Medianın İnkişafı Agentliyi AzTV əməkdaşlarına hücumu pisləyir

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanatında qeyd edilib.

Medianın İnkişafı Agentliyi bəyan edir ki, AzTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsi, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinə qarşı törədilmiş hücumu ciddi şəkildə qınayaraq Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməyə, bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə çağırır.

Agentlik eyni zamanda, beynəlxalq jurnalist təşkilatları və media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qurumları məsələni diqqətdə saxlamağa və hadisə ilə bağlı hüquqi ölçü götürülməsi istiqamətində həmrəylik nümayiş etdirməyə səsləyir", - bəyanatda vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}