Sabahın hava proqnozu açıqlanıb
Tarix: 02-07-2023 12:29 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

İyulun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}