Daha 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Tarix: 03-07-2023 10:58 | Bölmə: Cəmiyyət
Daha 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Reyting.az
Prezident yanında Ali Attestasiya Komissiyasına istinadla xəbər verir ki, həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}