Milyarder Türkiyədə 500 min hesab ödəyib və 50 min bəxşiş verib - Fotolar
Tarix: 05-07-2023 13:24 | Bölmə: Cəmiyyət
Milyarder Türkiyədə 500 min hesab ödəyib və 50 min bəxşiş verib

Meksikalı milyarder Rikardo Salinas Plieqo tətilini ailəsi və dostları ilə birgə Bodrumda keçirib. Milyarder “Lady Moura” adlı lüks yaxtası ilə Türkiyənin kurort şəhərində lövbər salıb. Təxminən 125 milyon dollar dəyərində olan gəmisində ailəsi ilə səhər yeməyi yeyən Plieqo daha sonra vertolyotla yaxtadan ayrılıb.

Reyting.az
xəbər verir ki, Meksikanın üçüncü ən zəngin şəxsi Rikardo Salinas Plieqo lüks yaxtası ilə Bodrumda fotosessiyaya da çəkilib.

İş adamının 105 metr uzunluğu, 18,5 metr eni olan meqa yaxtası Yalıkavak sahillərində yerlədirilib.



Yaxta ətrafında daima keşik çəkildiyi müşahidə edilib. Plieqo axşam saatlarında ailəsi və dostlarından ibarət 30 nəfərlik qrupla Gümüşlükdəki Mimoza adlı balıqçının yanına gedib. 500 min türk lirəsi hesab ödəyən iş adamının 50 min tele bəxşiş paylayıb.

19 oktyabr 1955-ci ildə anadan olan iş adamı meksikalıdır. Pliego “Azteca” TV, “Electra” və “Salinas Group”un direktorlar şurasının sədri kimi qloballaşma, azadlıq, təhsil və sahibkarlıq forumlarında məruzəçi olub. Bu dünyaca məşhur platformalar arasında; Dünya İqtisadi Forumu, Meksikalı İqtisadçıların Dəyirmi Masası, Gənc Prezidentlər Təşkilatı, UCLA, Amerika İnstitutu, Harvard Biznes Məktəbi və TED kimi yerlər var.

Milyarder bloq və jurnallar üçün də yazır. Əsasən biznes, siyasi, iqtisadi və mədəni mövzulara yer ayırır.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər