Təhsil Şöbəsinin müdiri nazirliyin aparat rəhbəri təyin olunub
Tarix: 05-07-2023 14:05 | Bölmə: Cəmiyyət
Təhsil Şöbəsinin müdiri nazirliyin aparat rəhbəri təyin olunub

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

Bununla bağlı muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev əmr imzalayıb.

Əmrə əsasən, aparat rəhbəri vəzifəsinə Malik İsmayılov təyinat alıb.

Qeyd edək ki, Malik İsmayılov bundan əvvəl Şərur Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər