Odessada araqdan kütləvi zəhərlənmə olub, ölənlər var
Tarix: 06-07-2023 15:03 | Bölmə: Cəmiyyət
Odessada araqdan kütləvi zəhərlənmə olub, ölənlər var

Odessa vilayətində 3 nəfər spirtli içkidən zəhərlənərək ölüb, daha 6 nəfər isə xəstəxanadadır.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, milli polisin regional qərargahından verilən məlumata görə, hadisə Razdelnyanski rayonunun Starostino kəndində baş verib.

Müəyyən edilib ki, 9 vətəndaş spirtli içkidən zəhərlənərək tibb müəssisəsinə yerləşdirilib. Onlardan ikisi xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra dünyasını dəyişib. Daha bir nəfərin ölümü onun yaşadığı yer üzrə həkimlər tərəfindən təsdiqlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişlərin yerli mağazalardan birindən alınan araq içdiklərini öyrəniblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb