14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Müəllimlərin işə qəbulu üzrə imtahan başlayıb
Tarix: 11-07-2023 10:30 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üzrə imtahan başlayıb

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildiriblər.

İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}