Dəhşətli cinayət: daşınmaz əmlak kralının cəsədini parçalayıblar - Fotolar
Tarix: 11-07-2023 15:45 | Bölmə: Cəmiyyət
Dəhşətli cinayət: daşınmaz əmlak kralının cəsədini parçalayıblar

Almaniyanın məşhur daşınmaz əmlak agentlərindən biri, ölkənin tanınmış simalarından olan 62 yaşlı Hans Peter Mak qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, iyulun 4-dən ailəsi ilə əlaqə saxlaya bilməyən Makın cansız bədəni yaşadığı evdəki soyuducuda parçalanmış vəziyyətdə tapılıb.

Tayland vətəndaşı olan 24 yaşlı həyat yoldaşının polisə xəbər verməsi ilə başlayan istintaq həftə sonu dəhşətli vəhşiliyin üzə çıxması ilə yekunlaşıb.



Gənc həyat yoldaşı iyulun 4-də polisə idarəsinə gələrək Makın iş görüşünə getdiyini və onunla əlaqə saxlaya bilmədiyini deyib.

Həyat yoldaşı Piraya Boonmak bildirib ki, kimlərsə məşhur iş adamı ilə nahar etmək üçün onu görüşə çağırıb:

“Getdi, amma qayıtmadı, zəng etsəm də, mənə cavab vermədi. Sonra mənə mesaj yazdı ki, görüşü var. Amma 5 ildə bir dəfə də olsun, mənə mesaj yazmayıb”.

Aparılan araşdırmalar nəticəsində yerli polis Taylandın turizm bölgələrindən biri olan Pattayada kirayəlik evdə araşdırmanı dərinləşdirib. Makın dostunun kirayə götürdüyü evdə aparılan araşdırmalar zamanı bədbəxt iş adamının cansız bədəni parçalanmış və zibil torbasına bükülmüş halda tapılıb. Makın cansız cəsədinin şəxsiyyəti təsbit olunub, onun qara rəngli bir PİKAP avtomobili ilə daşındığı qeyd edilib.



Cəsədin tapıldığı evin yaxınlığında yaşayan 35 yaşlı Revat Rodxuen bildirib ki, Olaf adlı kişi və fiziki qüsurlu bir alman qadın 3 aydır bu evdə yaşayır: “Bu insanlar Makın dostlarıdır”.

İstintaqı dərinləşdirən yerli polis cinayətdə üçüncü Almaniya vətəndaşı və Tailand vətəndaşının əlaqəsi olduğunu bildirib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}