14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Araz çayında 2 nəfər batıb - (Yenilənib)
Tarix: 11-07-2023 18:17 | Bölmə: Cəmiyyət
Araz çayında 2 nəfər batıb - (Yenilənib)

Araz çayında 2 nəfər batıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub:

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub".

Məlumata görə. onlardan birinin meyiti FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

***

İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb.

Reyting.az
xəbər verir ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb.

Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.

Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}