İsveçli Quranı yox, NATO-nun nizamnaməsini yandıracaq
Tarix: 12-07-2023 09:19 | Bölmə: Cəmiyyət
İsveçli Quranı yox, NATO-nun nizamnaməsini yandıracaq

“Nümayişdə NATO və İsveç dövləti barədə çox şeyləri deyəcəm”.

Reyting.az
xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Quranı yandırmaq planı ilə bağlı nümayişə polisdən icazə almış Helsinqborq şəhərinin 29 yaşlı sakini Lukas müqəddəs kitabın yerinə NATO-nun nizamnaməsini məhv etmək qərarına gəlib.

Qurana qarşı hərəkətinə görə hamıdan üzr istəyən Lukas yeni niyyətini bu gün Helsinqborqun mərkəzindəki Sturtorteq meydanında həyata keçirəcəyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}