18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ali Attestasiya Komisiyası məsuliyyətə cəlb edilən professorla bağlı açıqlama yayıb
Tarix: 12-07-2023 17:05 | Bölmə: Cəmiyyət
Ali Attestasiya Komisiyası məsuliyyətə cəlb edilən professorla bağlı açıqlama yayıb

Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyev barədə açıqlama yayıb.

Komissiyadan Reyting.az-a bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.

Qeyd olunub ki, ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir: "Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.

Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər