Narazı müəllimlərin şikayətinə baxılacaq
Tarix: 12-07-2023 18:02 | Bölmə: Cəmiyyət
Narazı müəllimlərin şikayətinə baxılacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Reyting.az
Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}