18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
52 yaşlı kişi cinsi orqanını kökündən kəsib
Tarix: 13-07-2023 12:23 | Bölmə: Cəmiyyət
52 yaşlı kişi cinsi orqanını kökündən kəsib

Hindistanda yaşayan naməlum kişi antidepresanlardan istifadəni dayandırdıqdan sonra cinsi orqanını kəsib.

Reyting.az
-ın xarici mediaya istinadla xəbərinə görə, hadisədən 16 saat sonra xəstəxanaya gələn şəxsin intihar etmək niyyətində olmadığı məlum olub.

Uzun müddətdir psixi sağlamlıq problemlərinin öhdəsindən gəlməyə çalışan 52 yaşlı kişi adi antidepresanları buraxdıqdan sonra inanılmaz bir hadisəyə imza atıb.

Cinsi orqanını kökündən kəsdikdən sonra yarım gün xəstəxanaya getməyən şəxs ölümdən son anda xilas edilib.

16 saatın sonunda ən yaxın səhiyyə müəssisəsinə gələn kişi yarası təmizləndikdən dərhal sonra əməliyyata aparılıb.

Ümumi narkozla yatırılan kişi 7 gün xəstəxanada qalıb. Təcili yardım həkimləri əməliyyatdan 20 gün sonra aparılan yoxlamalarda cinsiyyət orqanının sağaldığını görüblər.

Məlum olub ki, sidik ifrazında heç bir problemi olmadığını bildirən xəstəyə əvvəllər şizofreniya diaqnozu qoyulub və "Başımdakı səsin dediyini etdim",- deyib.

“Open Journal of Clinical and Medical Case Reports” jurnalında mövzu ilə bağlı danışan həkimlər bu vəziyyəti “klinqsor sindromu” kimi izah ediblər.

Klinqsor sindromu, ölmək arzusu olmadan bədənin müəyyən bir hissəsinin qəsdən zədələnməsi kimi şərh olunur.

Psixiatrik hallarda nadir rast gəlinən bu sindromda xəstələr, ümumiyyətlə, öz cinsi orqanlarına zərər verməyə meyllidirlər.

1990-cı illərdə tibb ədəbiyyatına daxil olan “Klinqsor” sindromunun səbəbləri arasında cinsi münaqişələrlə bağlı günah düşüncələri, depressiya, uşaqlıq illəri travması kimi faktorlar var.

LALƏ
Reyting.az






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər