18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Aşura günü qanvermə aksiyası keçiriləcək
Tarix: 13-07-2023 15:43 | Bölmə: Cəmiyyət
Aşura günü qanvermə aksiyası keçiriləcək

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Reyting.az-a bildirilib ki, bu il Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Şah Abbas məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

"Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər", - QMİ-nin açıqlamasında bildirilib.

Qeyd edək ki, bu il Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşuradır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}