18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hüquqşünas: "Əvvəlcədən müqavilə tələb edin ki, sonra... "
Tarix: 15-07-2023 12:44 | Bölmə: Cəmiyyət
Hüquqşünas: "Əvvəlcədən müqavilə tələb edin ki, sonra... "

Azərbaycanda xeyli xidmət sahəsi var ki, orada müştərinin sağlamlığını qoruyacaq tədbirlər görülmür və şəxsi təhlükəsizliyə zamanət verilmir. Bunlar əsasən tibbi xidmət sahəsini əhatə edir.

Reyting.az
-ın məlumatına görə, hüquqşünas Fərhad Mehdiyev bildirib ki, həmin sahələrdə müqaviləsiz iş görülür, müştəri narazı qaldıqda isə məhkəmə çəkişməsi balayır.

F. Mehdiyev əlavə edib ki, bir çox estetik klinikalarda da xidmətin şərtlərini göstərən hər hansı müqavilə imzalanmır:

"Bu gün bir vətəndaş müraciət edib ki, üzünə dolğu vurulanda infeksiyaya yoluxdurublar, nə etməlidir və s. Hər hansı müqavilə, rəsmi qeydiyyat isə yoxdur. Saç əkimini təklif edən həkimlər də müqavilə bağlamırlar. Bu da o deməkdir ki, əslində, görülən işə hər hansı zəmanət verilmir. Həmçinin inşaat şirkəti ev tikir, bəsit bir müqavilə bağlayır - iki səhifəlikdir. Eləcə də uşağı idmana yazdırırsan, uşağın sağlamlığının qorunması ilə bağlı müəllim və ya klub hər hansı yazılı öhdəlik götürmür".

Yuxarıda sadalanan səbəblərə görə hüquqşünas vətəndaşlara xəbərdarlıq edib: "Sonrakı peşmançılıq fayda vermir. Əvvəlcədən görüləcək işin xüsusiyyətlərini nəzərdə tutan, təhlükəsizlik tədbirlərini də ehtiva edən müqavilə istəyin. Müqaviləni diqqətlə oxuyun, lazımdırsa, düzəliş tələb edin ki, sonradan əlavə problemlə üzləməyəsiniz".

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər