14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Lənkəranda ağır qəza: bir nəfər həyatını itirib, yeddi yaralı var - Fotolar
Tarix: 16-07-2023 01:29 | Bölmə: Cəmiyyət
Lənkəranda ağır qəza: bir nəfər həyatını itirib, yeddi yaralı var

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib.

Reyting.az
-ın məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətindən bildiriblər ki, 07.2023-cü ildə saat 22.00 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə nəticəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı gətirilib.

Xəstələrə ilkin tibbi xidmətlər gösrərilib.

Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burunun sıyrılmış yaraları diaqnozu qoyulub.

Xəstələrdən 2-si kişi, 3-qadın, 2-si azyaşlıdır.

Qeyd edək ki, sürücü hadisə yerində dünyasını dəyişib.

Yaralıların kimliyi məlum olub:

2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu,

2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı,

1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu,

1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı,

1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı,

2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızıdır.

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}