Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana gətiriliblər
Tarix: 18-07-2023 12:03 | Bölmə: Cəmiyyət
Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana gətiriliblər

Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşları İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətiriliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}