Bələdiyyə sədri məsuliyyətə cəlb olunub
Tarix: 18-07-2023 13:09 | Bölmə: Cəmiyyət
Bələdiyyə sədri məsuliyyətə cəlb olunub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qubaxəlilli kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}