18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Belarus hakimiyyəti tanınmış jurnalisti həbs edib
Tarix: 18-07-2023 20:30 | Bölmə: Cəmiyyət
Belarus hakimiyyəti tanınmış jurnalisti həbs edib

Belarus hakimiyyəti tanınmış jurnalist İqor Karneyi həbs edib. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Azadlıq" radiosunun "ekstremist" elan edilmiş layihəsi ilə əməkdaşlıq edən 55 yaşlı jurnalist bazar ertəsi tutulub.

Karneyə izahat verilmədən həbs edildiyi bildirilir. Onun mənzilində axtarış aparılıb, oradan telefonlar və kompüterlər götürülüb.

Belarusun “Viasna” hüquq müdafiə təşkilatının məlumatına görə, jurnalist ağır şəraiti və məhbuslara işgəncə verilməsi ilə tanınan Akrestino istintaq təcridxanasındadır. Hüquq müdafiəçiləri deyirlər ki, nə vəkillər, nə də ailə üzvləri onunla əlaqə saxlaya bilmirlər.

Xatırladaq ki, 2000-ci ildən jurnalist “Azadlıq” radiosunun Belarus və Rusiya xidmətləri ilə əməkdaşlıq edir, Minsk hakimiyyəti isə onları ekstremist kimi tanıyıb.

“Viasna”-nın məlumatına görə, Karney 2020-ci ildə Belarus hakimiyyətinə qarşı etirazları işıqlandırarkən artıq bir neçə dəfə saxlanılıb. Bir çox həmkarlarından fərqli olaraq o, repressiyalara baxmayaraq Belarusda qalıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər