NASA-da işləyən yeganə azərbaycanlının adı kosmosa göndərilir
Tarix: 19-07-2023 00:07 | Bölmə: Cəmiyyət
NASA-da işləyən yeganə azərbaycanlının adı kosmosa göndərilir

NASA "Roman Space Telescop”un hazırlanmasında əməyi keçən şəxslərin adlarını “Space” craftın üstünə yazaraq kosmosa göndərəcək. Həmin şəxslər arasında Atilla Əsgərovun da adı var.

Bunu Reyting.az-a Bakı Dövlət Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiz Əsgər bildirib.

R. Əsgərin sözlərinə görə, Atilla teleskopun elektronikasını, integrasyon və testlərini hazırlamış mühəndislərdən biridir.

Mərkəz rəhbəri əlavə edib ki, indiyədək heç bir azərbaycanlının adı dünyadan bu qədər uzağa getməyib.

Onu da qeyd edək ki, adı kosmosa göndərilən Atilla professor Ramiz Əsgərin oğludur. Atilla Bakıdakı 6 saylı litseyi bitirib. O, İstanbul və Virciniya texniki universitetlərinin məzunu və NASA-nın azərbaycanlı olan yeganə əməkdaşıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}