Sabirabadda gecə mağaza yandıranlar tutulub
Tarix: 19-07-2023 09:15 | Bölmə: Cəmiyyət
Sabirabadda gecə mağaza yandıranlar tutulub

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmraslanov və onun yeniyetmə qohumu müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}