18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Müdafiə Nazirliyinin sabiq əməkdaşı 42 milyon manat zərər vurmaqda ittiham olunur
Tarix: 19-07-2023 09:41 | Bölmə: Cəmiyyət
Müdafiə Nazirliyinin sabiq əməkdaşı 42 milyon manat zərər vurmaqda ittiham olunur

Müdafiə Nazirliyinin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb. 18 iyul 2023-cü ildə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Niftəliyev Zahid Gülsəfa oğlu barədə həbs qətimkan tədbiri seçilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, məhkəmə qərarı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında verilib.

Bildirilir ki, iş materiallarına əsasən Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib.


Zahid Niftəliyev

Məlumata görə, Z. Niftəliyev 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, krediti ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd olunur ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərinin ödənilməsi məqsədi ilə iri həcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər